Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İlk dəfədir bu qədər sevirəm''

''İlk dəfədir bu qədər sevirəm''

Tarix: 22 May 2022 18:05

"Yenə də ailə qurdum. Bilirsiz niyə? Çünki avaralanmağı sevmirəm. Ailə qurmağı sevən insanam. İndi yazacaqlar ki, ailə sevən idinsə, niyə belə oldu".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "MTV maqazin" proqramında deyib. Musiqiçi ikinci dəfə ailə qurmasından bəhs edib:

"Hamı bilir necə insanam. Ətrafımdakılar da bilir ki, nə içki içirəm, nə siqaret çəkirəm. Bu şeylərdən kənar biriyəm. Ailə sevənəm və onu qoruyub saxlamaq borcumdur. Təbii ki, problemlər olmasa. İnşallah, olmaz. İlk dəfədir həyatda belə uyğunluq yaşayıram. İlk dəfədir bu qədər sevirəm. Bizdə qısqanclıq kilo ilədir. Əgər məni qısqanmırsa, deməli sevmir".

Qeyd edək ki, Hüseyn ikinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə qurub. Onun bu nikahdan oğlu dünyaya gəlib.


Etiketlər:  İlk dəfədir qədər sevirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ