Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək

Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək

Tarix: 23 May 2022 22:26

Danimarka hakimiyyəti Ukraynaya "Harpun" gəmi əleyhinə raket və buraxılış qurğuları verəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Pentaqon rəhbəri Kiyevə hərbi yardım göstərmək üçün Qərb ölkələri tərəfindən yaradılan təmas qrupunun ikinci onlayn iclasının yekunları üzrə danışarkən bildirib ki, 20-yə yaxın ölkə Ukrayna paytaxtına göndərəcəyi yardım paketini açıqlayıb.

"Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün "Harpun" buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram", - Ostin bildirib.

Milli.Az


Etiketlər:  Danimarka Ukraynaya gəmi əleyhinə Harpun raketləri verəcək


RƏYLƏR