Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süd və süd məhsulları alarkən DİQQƏTLİ OLUN - VİDEO

Süd və süd məhsulları alarkən DİQQƏTLİ OLUN - VİDEO

Tarix: 24 May 2022 13:46

Təmiz və qatqılı qidalar eyni piştaxtaya qoyulur.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət süd məhsullarından gedir. Marketlərdə belə qidalar yanaşı satılır ki, bu da istehlakçıların seçim etmələrində çətinliklər yaradır. Yəni qatqısız və qatqılı süd məhsulları alıcılara eyni piştaxtada təklif olunur.  

Azərbaycan Südçülər Asossasiyasının sədri Samir Eyyubov bildirir ki, istehlakçıların qatqılı və ya qatqısız südü adi qaydada müəyyən etmələri mümkün deyil. Xüsusilə, üzərində tərkibi göstərilməyən məhsullarda bu problem daha  çox olur.

Samir Eyyubov deyir ki, alıcılar belə qidaları alarkən  tərkibini diqqətlə oxumalıdılar. Açıq şəkildə satılan süd məhsullarındanistifadə isə tövsiyə edilmir.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva isə deyir ki, xüsusi risq qrupuna daxiledildiyi üçün qatqılı süd məhsullarının satışına yalnızmüvafiq yoxlamardan sonra icazə verilir.

Agentlik rəsmisi həmçinin bildirir ki, qanunda qatqılı və qatqısız süd məhsullarının satış şəbəkələrində hər hansı təsnifat üzrə qruplaşdırılaraq yerləşdirilməsi tələbi mövcud deyil.


Etiketlər:  Süd süd məhsulları alarkən DİQQƏTLİ OLUN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ