Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mariupol meri şəhərdə ən azı 22 min nəfərin öldürüldüyünü açıqlayıb

Mariupol meri şəhərdə ən azı 22 min nəfərin öldürüldüyünü açıqlayıb

Tarix: 25 May 2022 11:16

Ukraynanın Mariupol şəhərində ən azı 22 min nəfər öldürülüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə CNN-ə açıqlamasında Mariupol merinin müşaviri Petro Andriuşçenko bildirib.

O, bu rəqəmin hələ də şəhərdən çıxa bilməmiş meriya rəsmilərindən əldə edildiyini qeyd edib.

Andriuşçenko real rəqəmlərin bundan daha çox olduğuna inandığını vurğulayıb.

Meriya işçisi bildirib ki, öldürülənlərin meyitlərinin morqlardan götürülməsi zamanı müraciət edən şəxslər rusiyalı hərbçilər tərəfindən videoya çəkilir və onlardan meyitini götürüləcəyi şəxsin ukraynalı hərbçilər tərəfindən öldürüldüyünü "etiraf etmələri" tələb olunur.

Qeyd edək ki, ötən gün Ukrayna rəsmiləri Mariupoldakı çoxmərtəbəli binalardan birinin qalıqlarının təmizlənməsi zamanı zirzəmisindən 200 nəfərin meyitinin tapılması ilə bağlı məlumat yayıb.


Etiketlər:  Mariupol meri şəhərdə azı nəfərin öldürüldüyünü açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ