Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstan gimnastı dünya çempionatında çıxışı barədə təəssüratlarını bölüşüb

Bolqarıstan gimnastı dünya çempionatında çıxışı barədə təəssüratlarını bölüşüb

Tarix: 17 Sentyabr 2019 16:24

Bakı. Cani Babayeva - Trend:

Bu gün Milli Gimnastika Arenasında çoxlu bolqarlar var idi və mən onların qarşısında çıxış etməkdən məmnunam.

Bunu Trend-ə Bolqarıstan gimnastı Boryana Kaleyn dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.

O, öz çıxışından razı qaldığını deyib:

“Fikrimcə, heç də pis çıxış etmədim və ümid edirəm ki, bu cür də davam edəcəyəm”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bolqarıstan gimnastı dünya çempionatında çıxışı barədə təəssüratlarını bölüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ