Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 13:15
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqla artıq bütün dünya barışmaqdadır. Vaxtı ilə Dağlıq Qarabağ probleminin qarşılıqlı kompromislər əsasında həllini zəruri sayan dünyanın güc mərkəzləri, indi nə olursa olsun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını əsas hədəf hesab edirlər. Bu istiqamıətdə həm Avropa İttifaqı, həm Rusiya, həm də Birləşmiş Ştatların mövqeyi açıq şəkildə özünü göstərir. Təsadüfi deyil ki, bu günlərdə Birləşmiş Ştatlar prezidenti Co Baydenin Azərbaycan dövlət başçısı Cənab İlham Əliyevə ünvanlamış olduğu təbrik məktubunda da bu məqama diqqət yetirilir. Dövlət müstəqilliyi günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edən Ağ Ev rəhbərinin təbrik məktubunda yer alan fikirlərindən aydın olur ki, Vaşinqton da tezliklə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasından yanadır. Hətta Birləşmiş Ştatlar bu prosesə dəstək verməyə də hazır olduğunu bildirir. "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır" deyən Co Bayden daha sonra qeyd edir ki, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.
Qeyd etmək yerinə düşər ki, Birləşmiş Ştatlar prezidentindən öncə bu ölkənin dövlət katibi ilə Azərbaycan prezidenti arasında baş tutan telefon danışığı zamanı da eynilə Ermənistanla Azərbaycan arassında sülh müqaviləsinin imzalanmasının vacibliyi və Vaşinqtonun bu prosesdə maraqlı olması qeyd edilirdi ki, bu marağın da başlıca səbəbi məhz ölkəmizlə, daha doğrusu Azərbaycanın regiondakı rolu, nüfuzu ilə bağlıdır.
Digər tərəfdən Azərbaycanın regionda özünəməxsus yeri və rolunun olması, xüsusilə zəngin enerji daşıyıcılarına malikliyi Birləşmiş Ştatların Avropadakı müttəfiqləri üçün daha çox faydalıdır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vəziyyətdə Azərbaycana olan ehtiyac pzünü daha çox göstərir. Onsuz da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayan Azərbaycana Rusiya-Ukrayna mühribəsi fonunda marağın artması bu aspektdə başadüşüləndir. Elə Co Bayden də İlham Əliyevə ünvanladığı təbrik məktubunda enerji sektorundakı əməkdaşlığı xüsusi qeyd edib: "Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır". Bəs görəsən okeanın o tayından Bakıya verilən dəyərə ekspertlər necə yanaşır?
Birləşmiş Ştatlar prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi təbrik məktubuna diqqət çəkən politoloq Elşad Həsənov deyib ki, Ağ Ev rəhbərinin dövlət başçısına ünvanladığı təbrik məktubu və həmin məktubda əksini tapan müsbət məqamlar ilk növbədə son illərdə Azərbaycanın artan nüfuzu, Cənubi Qafqazda lider dövlətinıə çevrilməsi, eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda Bakının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük roldan irəli gəlir: "Birləşmiş Ştatlar prezidentinin Cənab İlham Əliyevə göndərdiyi məktubda bu məqamlar xüsusi diqqət çəkir. Belə ki, Ağ Ev rəhbəri Azərbaycaın Avropa və dünya enerji bazarlarında təhıükəsziliyinin təmin olunması və sabitləşməsində önəmli rol oynadığını bildirir. Bu da son dovrlərdə apardığımız uğurlu xarici siyasətin nəticəsindən irəli gəlir. Amerika prezidenti həmçinin enerji mənbələrinin şaxələnməsi və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyini göstərir. Bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı böyük rola işarədir. Eyni zamanda məktubda Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, həmçinin bu ölkəyə humanitar sahədə göstərilən yardım da xüsusi qeyd edilir".
Elşad Həsənov deyib ki, Ağ Ev rəhbəri Azərbaycanın beynəlxalq terrorizmə qarşı apardığı mübarizəni də yüksək qiymətləndirib.
Ağ Ev rəhbərinin demokratiya çaırışlarına gəlincə isə, Elşad Həsənov deyib ki, Azərbaycan dövləti son illərdə qeyd edilən istiqamətdə kifayət qədər geniş və köklü islahatlar həyata keçirib: "Azərbaycanda kifayət qədər demokratik ənənələr mövcuddur. İnsanların sərbəst toplaşmaq azadlığına heç bir məhdudiyyət qoyulmur. Bunu ən son bir qrup gəncin Fəvvarələr Meydanında keçirdiyi icazəsiz aksiya fonunda aydın gördük".