Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2022 16:08
Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin uzunmüddətli perspektivdə Ukraynanın tərəfində olacağını vurğulayıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Conson özünün feysbuk sosial şəbəkəsində məlumat verib.
"Mən Zelenskiyə (Ukrayna Prezidenti Volodimir Zelenski - Red) dedim ki, biz uzun müddətə Ukraynanın tərəfindəyik. Biz Ukrayna Silahlı Qüvvələrinə öz ölkələrini müdafiə etmək üçün avadanlıq verməyə davam edəcəyik. Taxıl ixracını bərpa etmək və qlobal ərzaq böhranının qarşısını almaq üçün bir yol tapmaq üçün intensiv işləyirik "-deyə, Conson qeyd edib.