Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalxanabənzər vəzinin xəstəliyi - tireotoksikoz

Qalxanabənzər vəzinin xəstəliyi -  tireotoksikoz

Tarix: 29 May 2022 17:33

Bu xəstəlik qanda tireoid hormonlarının artması ilə müşahidə olunur. Xəstəliyə daha çox zobu olan insanlarda rast gəlinir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, qanda tireoid hormonlarının artması zülal mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.

Xəstəlik zamanı insanda aşağıdakı hallar baş verir:

· Sinir sisteminin həssaslığının artması, yuxu pozulması və əsəbilik
· Tərləmə, yüksək hərarət
· Ürək döyüntülərinin artması
· Bütün bədənin titrəməsi
· Zəiflik, tez yorulma
· Aylıq tsiklin pozulması
 
Hərarətin artması, qusma, huşun itirilməsi xəstənin vəziyyətinin daha ağır olduğundan xəbər verir. Belə halda xəstə hətta komaya da düşə bilər. Tireotoksikozu təbii vasitələrlə də müalicə etmək mümkündür.

· Şəkər çuğundurundan 150 qr. götürüb, sürtgəcdən keçirt. Hər səhər acqarnına ye.
· Pişikotu kökündən 2 xörək qaşığı götürüb, 3 stəkan qaynar suya töküb, yarım saat dəmlə. Gün ərzində 3 dəfə bu qarışıqdan yarım stəkan içmək tireotoksikozu tamamilə sağaldacaq.

Milli.Az


Etiketlər:  Qalxanabənzər vəzinin xəstəliyi tireotoksikoz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ