Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda qəza törədən motosikletçinin ayağı sınıb

Bakıda qəza törədən motosikletçinin ayağı sınıb

Tarix: 31 May 2022 08:48

Bakıda 21 yaşlı gənc motosikletlə qəza törədib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci təvəllüdlü Əmirli Məmməd Namiq oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda qəza törədən motosikletçinin ayağı sınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ