Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Reper builki konsertlərini ləğv etdi

Reper builki konsertlərini ləğv etdi

Tarix: 31 May 2022 09:35

Snoop Dogg kimi tanınan amerikalı reper Kelvin Brodus 2022-ci ildə ABŞ hüdudlarından kənarda keçiriləcək bütün konsertlərini ləğv edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "gözlənilməz planlaşdırma problemləri, o cümlədən ailə öhdəlikləri, həmçinin televiziya və film istehsalı səbəbindən Snoop Dogg 2022-ci ilin sonuna qədər planlaşdırılan bütün çıxışlarını ləğv etməkdən təəssüflənir", - deyə sənətçinin sosial media hesabında bildirilib.

Qeyd edək ki, reperin çıxışları 2014-cü ildən bəri ilk olan "I Wanna Thank Me Tour" turunun bir hissəsi kimi keçirilməli idi. İfaçı bir sıra Avropa ölkələrinə - Böyük Britaniya, İrlandiya, Almaniya, Danimarka, Belçika, Fransa, Niderland və Finlandiyaya səfər etməyi planlaşdırırdı.


Etiketlər:  Reper builki konsertlərini ləğv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ