Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AZAL və "Buta"nın rəsmi saytlarında problem yaranıb

AZAL və

Tarix: 31 May 2022 12:56

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.

AZAL-dan Milli.Az-a verilən məlumata görə, hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.

"Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər", - məlumatda qeyd olunur.

Milli.Az


Etiketlər:  AZAL Butanın rəsmi saytlarında problem yaranıb


RƏYLƏR