Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənninin profil şəklini oğurlayıb, kart nömrəsi atdılar - Adından pul istədilər

Müğənninin profil şəklini oğurlayıb, kart nömrəsi atdılar - Adından pul istədilər

Tarix: 31 May 2022 13:50

Müğənni Vaqif Şıxəliyevin başına iş gəlib. 

Sonxeber.net olay-a istinadən yazır ki, naməlum şəxslər onun adından istifadə edərək pul toplayıblar. 

Bu barədə sənətçi özü instaqramda məlumat yayıb. 

"Dostlar, profil şəklimi qoyub, kart nömrəsi ataraq mənim adımdan sizdən pul istəyən olarsa, qəti aldanmayın! Hansısa fırıldaqçılar bir neçə insana "xəstəxanadayam, pulum çatmır" adı ilə Vaqif Şıxəliyevdir deyib, karta pul köçürmələrini istəyib. Sizdən ehtiyatlı olmağınızı, bu kimi fırıldaqçılara inanmamağınızı xahiş edirəm. Bu hərəkəti edən dələduzlar qanun qarşısında cavab verəcəklər! Artıq aidiyyəti üzrə Hüquq-Mühafizə orqanlarına müraciətimi etmişəm".

Qeyd edək ki, aktyor Murad İsmayıl da eyni hadisə ilə rastlaşıb. Onun da adından istifadə edərək dələduzluq edilib. 


Etiketlər:  Müğənninin profil şəklini oğurlayıb kart nömrəsi atdılar Adından istədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ