Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millətlər Liqası: Polşa - Uels oyununda 3 QOL VURULDU

Millətlər Liqası: Polşa - Uels oyununda 3 QOL VURULDU

Tarix: 2 Iyun 2022 00:12

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2022/23 mövsümünə start verilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, 1-ci turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

A Liqasının 4-cü qrupunda Polşa yığması Uelsi qəbul edib. Bakı vaxtı ilə saat 20:00-da start götürən qarşılaşmanı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Bu qrupun digər qarşılaşması iyunun 3-də Belçika və Niderland komandaları arasında olacaq.

UEFA Millətlər Liqası
A Liqası, 4-cü qrup
1 iyun

Polşa - Uels 2:1
Qol: Kaminski, 72. Sviderski, 85 - Uilyams, 52.
Baş hakim: Rade Obrenoviç (Sloveniya).

Milli.Az


Etiketlər:  Millətlər Liqası Polşa Uels oyununda 3 QOL VURULDU


RƏYLƏR