Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antibiotiklərlərin satışına nəzarət artırılsın - TƏKLİF

Antibiotiklərlərin satışına nəzarət artırılsın - TƏKLİF

Tarix: 18 Sentyabr 2019 12:48

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda antibiotiklərlərin satışına nəzarətin artırılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə üzvü Qənirə Paşayeva çıxış edib.

Onun sözlərinə görə, antibiotiklərlərin nəzarətsiz satışı məsələsi ciddi şəkildə nəzarətə alınmalıdır: “Onun doğurduğu problemlər artır. Azərbaycanda antibiotiklər tamam nəzarətsiz şəkildə satılır, bu məsələnin də diqqətdə saxlanılması lazımdır”.

Q.Paşayeva qeyd edib ki, insan orqanlarının donor və transplantasiyası ilə bağlı qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması çox vacibdir: “Gələn ildən icbari tibbi sığorta sistemi fəaliyyətə başlayacağı üçün bu istiqamətdə qanunvericlik bazasının yaradılması çox vacibdir. Hər gün yüzlərlə xəstə bu qanunun qəbulunu gözləyir”.

Deputat əlavə edib ki, bu gün ölkədə tibbi maarifləndirmə işində klinikaların və həkimlərin reklamları daha çoxdur: “Əhalinin müxtəlif xəstəliklərlə bağlı düzgün şəkildə maarifləndirməsi zərurətə çevrilib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Antibiotiklərlərin satışına nəzarət artırılsın TƏKLİF


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ