Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb

Hikmət Hacıyev Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb

Tarix: 7 Iyun 2022 07:33

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.

Bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin "Twitter" səhifəsindəki paylaşımda qeyd olunub.

"Səfir Hasan Murat Mercan Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdü. Onlar iki qrdaş ölkə arasında münasibətləri bir daha təsdiq edib, regional məsələlər ətrafında fikir mübadiləsi apardılar",- deyə paylaşımda qeyd olunub.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.


Etiketlər:  Hikmət Hacıyev Türkiyənin ABŞ dakı səfiri ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ