Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda DƏHŞƏT: Kişi arvadının başına vura-vura öldürdü

Azərbaycanda DƏHŞƏT: Kişi arvadının başına vura-vura öldürdü

Tarix: 8 Iyun 2022 12:08

Xızı rayonunda qətl baş verib.

Xızı rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, iyunun 1-də 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya Xızı rayonu ərazisində küt alətlə xəsarət yetirilməsi və aldığı xəsarətdən 05 iyun 2022-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Əbülfət Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar Mustafayevaya küt alətlə baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib, nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib.

İstintaq davam edir.

Milli.Az


Etiketlər:  Azərbaycanda DƏHŞƏT Kişi arvadının başına vura vura öldürdü


RƏYLƏR