Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2022 22:50
"Ukraynada müharibənin təsirləri 2022-ci ildə qida çatışmazlığı ilə üzləşən insanların sayını 47 milyon nəfərə çatdıra bilər".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.
Quttereş bildirib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) hesabatına görə, müharibənin ərzaq təhlükəsizliyi, enerji və maliyyəyə təsiri sistemlidir.
Baş katib əlavə edib ki, Rusiyanın Ukraynaya hücumundan üç ay sonra dünya yeni reallıqla üz-üzədir və mövcud böhran bütün ölkələrə təsir edəcək: "Ərzaqdan ciddi şəkildə məhrum olan insanların sayı son illər iki dəfə artıb. Dünyada hər beş işçidən üçü pandemiyadan əvvəlkindən daha az maaş alır. Müharibə görünməmiş aclıq və yoxsulluq dalğası ilə təhdid edir, sosial və iqtisadi xaos yaradır. Ərzaq qiymətləri demək olar ki, rekord həddə çatıb. Gübrə qiymətləri iki dəfədən çox artıb".
Quttereş qeyd edib ki, enerji qiymətlərinin artması dünyanın bir çox yerlərində yanacaq çatışmazlığına səbəb olub.
Onun sözlərinə görə, mövcud vəziyyətin qarşısının alınmasının yeganə çıxış yolu Rusiyanın Ukraynaya müdaxiləsinə son qoyulması, məsələnin beynəlxalq hüquq və BMT nizamnaməsinə uyğun olaraq siyasi həll yolunun tapılmasıdır.