Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 08:44
ABŞ NATO-nun, eləcə də G7 ölkələrinin birliyinə və Rusiyanın təcavüzünə qarşı qətiyyətlə müqavimət göstərməyə həmçinin Ukraynanı dəstəkləməyə hazır olduğuna əmindir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
"Parçalanmalar və ya birliyin olmaması ilə bağlı fikirlər, əslində gördüklərimizin qarşısında yalanlanır",- deyə Sallivan bildirib.
Onun sözlərinə görə, nədənsə mətbuat Qərb ölkələrinin dayanıqlılığında bir enişi fərz etməyə meyllidir.
Bununla əlaqədar olaraq o xatırladıb ki, təkcə ABŞ deyil, həm də Avropa ölkələri hər gün müdafiə yardımı ilə bağlı yeni bəyannamələr verirlər.
Avropa İttifaqı bu yaxınlarda enerji sektoru da daxil olmaqla, Rusiyaya qarşı yeni geniş əhatəli sanksiyalar paketi təqdim edib.