Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-dən xəbərdarlıq – Heç bir ölkə bu müharibənin təsirindən xilas ola bilməyəcək

BMT-dən xəbərdarlıq – Heç bir ölkə bu müharibənin təsirindən xilas ola bilməyəcək

Tarix: 9 Iyun 2022 17:46

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, Rusiya və Ukrayna arasındakı müharibə səbəbindən dünya indiyə qədər ən ciddi ərzaq, enerji və iqtisadi böhranın astanasındadır.

Sonxeber.net medianews.az-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, müharibə səbəbindən bu il daha 47 milyon insan qida çatışmazlığı ilə üzləşə bilər. BMT Rusiyanın Ukraynaya qarşı müharibəsinin ərzaq, enerji və maliyyə sistemlərinə təsiri ilə bağlı yeni hesabat yayıb. Hesabata görə, 94 ölkədə 1,6 milyard insan Ukrayna müharibəsinin fəsadları ilə üzləşib. Hazırda bu insanlar ərzaq və neft qiymətlərinin artması ilə mübarizə aparır.

Daha sonra hesabatda vurğulanır ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya indiyə qədər ən ciddi ərzaq, enerji və iqtisadi böhranın astanasındadır.

Hesabatla bağlı BMT Baş Qərargahında jurnalistlərə açıqlama verən BMT-nin Baş katibi Antonio Quterreş bunları deyib: "Müharibənin ərzaq təhlükəsizliyi enerji və maliyyəyə üzərindəki təsiri şiddətlidir və getdikcə sürətlənir. Müharibə misli görünməmiş aclıq və yoxsulluq, eyni zamanda sosial və iqtisadi xaos gətirir".

Heç bir ölkənin bu müharibənin təsirindən xilas ola bilməyəcəyini bildirən Quterreş, bu il müharibə səbəbiylə 47 milyon daha çox insanın qida çatışmazlığı ilə üzləşə biləcəyini bildirib. Ərzaq və enerji bazarlarına sabitlik gətirmək üçün Ukrayna taxılının və Rusiya gübrəsinin qlobal bazarlara qaytarılması lazım olduğunu deyən Quterreş, gübrələrin təhlükəsiz və maneəsiz ixracına çağırıb. BMT Baş katibi eyni zamanda Qara dəniz vasitəsilə Ukrayna taxılının da daşınmasının vacibliyi vurğulayıb.


Etiketlər:  dən xəbərdarlıq Heç ölkə müharibənin təsirindən xilas bilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ