Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 12:46
Bakıda qadın övladlarının əri tərəfindən döyüldüyü iddiası ilə polisə müraciət edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, Xəzər rayonu Binə qəsəbə sakini, 1990-cı il təvəllüdlü ana müraciətində bildirib ki, həyat yoldaşı birgə nikahlarından doğulan uşaqları mütəmadi olaraq döyür.
O bildirib ki, əri, 1981-ci il təvəllüdlü T.Rüstəmov doğma övladları olan 14 və 12 yaşlı qızlarını vuraraq xəsarətlər yetirir, onlara fiziki və mənəvi işgəncə verir.
Qadının müraciəti nəzarətə götürülüb və müvafiq araşdrmalar aparılır.