Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya şirkəti Ukraynaya 10 ədəd istehkamçı robot verəcək

Britaniya şirkəti Ukraynaya 10 ədəd istehkamçı robot verəcək

Tarix: 13 Iyun 2022 08:32

Böyük Britaniyanın çoxmilli müdafiə şirkəti "QinetiQ" Ukraynaya on ədəd "TALON" istehkamçı robotunu verəcək.

Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Patrul Polis İdarəsinin rəisinin birinci müavini Oleksiy Beloşitski feysbukda bildirib.

Müharibənin əvvəlində Ukraynanın artıq 12-dən çox belə robotu var idi.

"Bu, nəinki "hədiyyələr"in yerini müəyyənləşdirən, həm də onları zərərsizləşdirən istehkamçı robotdur. Müharibənin əvvəlində bizdə bunlardan 12-dən çox var idi, indi "QinetiQ" daha 10-nu gətirəcək", - O.Beloşitski bildirib.

Robot 45 kq-a qədər yük götürür və 680 kq-a qədər yükü çəkə bilir. Uzunluğu 86,4 santimetr, hündürlüyü 42,7 sm və maksimal kütləsi 52 ilə 71 kq arasındadır.


Etiketlər:  Britaniya şirkəti Ukraynaya ədəd istehkamçı robot verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ