Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 08:15
"İşğal nəticəsində Ukrayna əkin sahələrinin 25 faizini itirib. Taxıl məhsulunun təxminən yarıya qədər azalacağı gözlənilir".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın kənd təsərrüfatı nazirinin müavini Taras Vısotski deyib.
"Əkin sahələrinin 25 faizinin itirilməsinə baxmayaraq, builki əkinlər əhalinin ərzaqla təmin olunması üçün kifayət qədərdir", - deyən Taras Vısotskii Ukraynanın ərzaq təhlükəsizliyi üçün təhlükə olmadığını qeyd edib.
Vısotski bəyan edib ki, ixrac edilə bilən məhsul artıqlığı 30 milyon ton ola bilər ki, bu da böyük gəlir itkisi deməkdir.