Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 12:12
Gürcüstan hökuməti xarici ziyarətçilər üçün tam vaksinasiya haqqında sənəd və PZR testinin mənfi cavabının təqdim edilməsi öhdəliklərini ləğv edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, müvafiq qərarı ötən gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili imzalayıb. Qərara əsasən, bu gündən etibarən vətəndaşlığından asılı olmayaraq xaricdən gələn hər bir şəxs COVİD-19 virusu əleyhinə tam vaksinasiya pasportunu və son 72 saat ərzində əldə edilmiş PZR testinin mənfi cavabını təqdim etmək öhdəliyindən azad edilib.