Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 15:46
Çaylar dərinləşir, məcraları genişlənir.
Bəzi bölgələrdə fəaliyyət göstərən qum-çınqıl karxanaları çaylara ciddi ziyan vurur. Qubada da belə karxanalara rast gəlmək olar. Yerli sakinlərin sözlərinə görə, Qaraçay, Vəlvələçay, Qudyalçay və Qusarçayda çay yataqları əvvəllər 3-4 metr dərinlikdə idisə, indi bu dərinlik 15-20 metrə qədər artıb. Hətta Qaraçay çayının bəzi yerlərində suyun dibi 40-50 metrədək enib. Bu da daha çox fermerləri narahat edir. Çünki, belə halda çay suyundan suvarmada istifadə etmək çətinləşir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin aparıcı mütəxəssisi Sadiq Əmiraslanov bildirir ki, bəzi çaylarda bərpa rejimi az dərəcədədir. Bəzən hətta müşahidə də edilmir. Həmin ərazilərdə karxana fəaliyyətinin davam etdirilməsi isə çayların dərinləşməsinə gətirib çıxarır.
Sadiq Əmiraslanov deyir ki, ciddi fəsadların qarşısını almaq məqsədilə agentliktərəfindən mütəmadi qabaqlayıcı tədbirlər görülür.
Mütəxəssisi sözlərinə görə, qum-çınqıl karxanalarının pərakəndə istismarı zamanı çay məcralarının genişlənməsi halları daha çox Quba, Xaçmaz, Tərtər, Bərdə və İmişli rayonlarından axan çaylarda müşahidə olunur.