Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Məhkəməsi miqrantların bu ölkəyə deportasiyasına qadağa qoyub

Avropa Məhkəməsi miqrantların bu ölkəyə deportasiyasına qadağa qoyub

Tarix: 15 Iyun 2022 20:44

Böyük Britaniyanın müxtəlif ölkələrdən olan miqrantları Ruandaya göndərmək cəhdi baş tutmayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, mühacirləri Afrika ölkəsinə çatdırmalı olan aviareys Avropa İnsan Hüquqları Məhkəməsinin müdaxiləsindən sonra son anda təxirə salınıb. Qurum, deportasiya planının Ruandaya göndəriləcək miqrantlar üçün geriyə dönüşü olmayan risklər yaradacağını deyir.

Qərardan narazı qalan Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi planın həyata keçməsi üçün geri addım atmayacaqlarını bildirib.


Etiketlər:  Avropa Məhkəməsi miqrantların ölkəyə deportasiyasına qadağa qoyub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ