Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qobustana gələn turistlərin sayı artıb (ÖZƏL)

Qobustana gələn turistlərin sayı artıb (ÖZƏL)

Tarix: 19 Sentyabr 2019 15:56

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qobustana gələn turistlərin sayı ilbəil artmaqdadır.

Bunu Trend-ə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib. Onun sözlərinə görə, qoruğa ən çox Asiya ölkələrindən gələn turistlər üz tuturlar:

“Ötən ilin statistikasına baxsaq, görərik ki, Qobustan 123 min turist qəbul edib, bu il isə bu say xeyli artıb. Belə ki, ilin sonuna 4 ay qalıb, amma turist sayı artıq 110 mini keçib. Bu tendensiya onu göstərir ki, 2019-cu il geridə qalan ilə nisbətən turist sayına görə daha uğurlu olub”.

V.İsayev bildirib ki, ziyarətçilərin sayını artırmaq üçün qoruqda daim müxtəlif tədbirlər təşkil olunur: "Davamlı şəkildə Qobustanın təbliğatı aparılır. Belə tanıtım yönümlü tədbirlərdən biri də bu ilin oktyabrın 9-da YUNESKO-nun təsis etdiyi qayaüstü təsvirlər günündə baş tutacaq. Belə ki, Portuqaliyanın Foskua qoruğunda Qobustanın sərgisi təşkil olunacaq”.

Qobustana gələn turistlərin sayı artıb (ÖZƏL) Qobustana gələn turistlərin sayı artıb (ÖZƏL)


Etiketlər:  Qobustana gələn turistlərin sayı artıb ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ