Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəng xəstəliyi riskini ikiqat artıran içki məlum olub

Xərçəng xəstəliyi riskini ikiqat artıran içki məlum olub

Tarix: 18 Iyun 2022 01:03

Böyük Britaniyanın "Cancer Research" tibbi təşkilatının tədqiqatçıları alkoqollu içkinin xərçəng xəstəliyi riskini artırdığını bildiriblər.

Bu barədə "Express" nəşri məlumat yayıb.

Mütəxəssislərin fikrincə, alkoqol orqanizmin hüceyrələrinə zərər verə bilər - spirt xərçəngə bənzər hüceyrələrin bölünməsinə səbəb olan asetaldehid adlı maddəyə çevrilir. Spirtli içkilər habelə estrogen və insulin kimi hormonların səviyyəsini artırır. Onlar habelə hüceyrənin bölünməsində vasitəçi olan kimyəvi vasitəçilərdir.

Alimlər həmçinin qeyd ediblər ki, spirt ağız və boğazdakı hüceyrələri dəyişdirərək, xərçəng xəstəliyinin yaranmasına səbəb olan zərərli kimyəvi maddələri udma ehtimalını artırır.

Mütəxəssislərin fikrincə, gündə 3,5 porsiyadan çox spirtli içki qəbul etmək ağız, boğaz və qırtlaq xərçəng xəstəliyi riskini iki, hətta üç dəfə artırır. Onlar həmçinin xəbərdarlıq ediblər ki, spirtli içki qəbul edən və tütün çəkən insanlar daha çox risk altındadırlar.


Etiketlər:  Xərçəng xəstəliyi riskini ikiqat artıran içki məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ