Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Odessaya hücumun qarşısı alındı - Raketlər məhv edildi

Odessaya hücumun qarşısı alındı - Raketlər məhv edildi

Tarix: 18 Iyun 2022 19:10

Ukrayna silahlı qüvvələri Rusiya hərbçilərinin işğal olunmuş Krım ərazisindən atdığı iki qanadlı raketi Odessa vilayəti üzərində zərərsizləşdirib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Odessa vilayətinin nümayəndəsi Serhi Bratçuk məlumat verib.

"Gecə düşmən müvəqqəti işğal olunmuş Krım ərazisindən uçan raketlərlə Odessa vilayətinə hücum edib. Hərbçilərimizə görülən işə görə təşəkkür edirik - iki ölümcül raket məhv edilib",- Bratchuk deyib.

Ukrayna ordusunun Cənub Əməliyyat Komandanlığı da bildirib ki, düşmənin "Oniks" qanadlı raketləri ilə Odessa bölgəsinə hücum edib.


Etiketlər:  Odessaya hücumun qarşısı alındı Raketlər məhv edildi


RƏYLƏR