Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı dünya çempionatında İsrail komandasına uğur gətirib

Bakı dünya çempionatında İsrail komandasına uğur gətirib

Tarix: 20 Sentyabr 2019 06:44

Bakı. Trend:

İsrail komandası bədii gimnastika üzrə 37-ci dünya çempionatında 174.750 xal toplayaraq komanda hesabında ikinci yeri tutub.

Trend-in məlumatına görə, bu barədə öz fikrirləri ilə İsrail gimnastı Nikol Zelikman bölüşüb:

"İsrail tarixində biz həmişə dördüncü və ya beşinci yerdəyik, amma indi gümüş medalı qazandıq. Bu gün biz onu qeyd etməyəcəyik, sabahkı yarışmaya hazırlaşmalıyıq, amma cöxnövlülük proqramı üzrə finalda çıxış etdikdən sonra, yəqin ki, qeyd edəcəyik".

İdmançı əlavə edib ki, Bakı şəhəri İsrail komandasına uğur gətirib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.


Etiketlər:  Bakı dünya çempionatında İsrail komandasına uğur gətirib


RƏYLƏR