Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur serialın iki aktyoru eyni anda öldü

Məşhur serialın iki aktyoru eyni anda öldü

Tarix: 21 Iyun 2022 19:56

"Netflix"də yayımlanan "The Chosen One" serialının iki aktyoru vəfat edib.

Milli.Az azxəbər-ə istinadən xəbər verir ki, rəqəmsal yayım platforması "Netflix"də yayımlanan "The Chosen One" serialının iki aktyoru Meksikada yol qəzasında dünyasını dəyişib.

Səlahiyyətlilər səhrada aşmış mikroavtobusda Raymundo Garduno və Juan Fransisko Aguiların həyatını itirdiyini, eləcə də daha 6 oyunçunun və ekipaj üzvünün yaralandığını açıqlayıb.

Aguiların dostları media orqanlarına bildiriblər ki, aktyor heyəti nəqliyyatın və logistikanın pis olmasından şikayətlənib. Qəza ilə bağlı araşdırma başladılıb.

Milli.Az


Etiketlər:  Məşhur serialın iki aktyoru eyni anda öldü


RƏYLƏR