Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azad edilən ərazilərdə bu heyvanların ovlanmasına icazə verilmir - DİN-dən xəbərdarlıq

Azad edilən ərazilərdə bu heyvanların ovlanmasına icazə verilmir - DİN-dən xəbərdarlıq

Tarix: 22 Iyun 2022 12:32

İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili İşlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Şöbə rəisi qeyd edib ki, həmin ərazilərdə nadir heyvan növlərinin - dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir.

"Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır.

O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib", - polis mayoru deyib.

Milli.Az


Etiketlər:  Azad edilən ərazilərdə bu heyvanların ovlanmasına icazə verilmir DİN dən xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ