Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beş dəfə xəyanət etmiş arvadını bağışladı: ''Pəncərədən içəri baxanda...'' - Bakıda şok

Beş dəfə xəyanət etmiş arvadını bağışladı: ''Pəncərədən içəri baxanda...'' - Bakıda şok

Tarix: 25 Iyun 2022 13:16

Bakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Elşən 24 yaşlı arvadı Lamiyəni (adlar şərti verilib - red.) qətlə yetirib.

Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il noyabrın 29-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib. Elşən qısqanclıq üstündə həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılıb.

"Evimizdə daim münaqişlər olub"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən bildirib ki, Lamiyə ilə 2013-cü ildə ailə qurublar: "Birgə nikahdan iki övladımız var. Fərdi qaydada usta işləmişəm. Ailə qurduqdan sonra Lamiyə ilə münasibətlərimiz yaxşı idi. Lakin 2019-cu ildən etibarən ailə münaqişələrimiz başladı. Arvadımın anası və atası bizim ailə işlərimizə qarışırdılar. Bu səbəbdən evimizdə daim münaqişələr olurdu.

Bir müddət sonra evdə olmadığım zaman qızımdan Lamiyənin anasıgilin yaşadığı massivdə Könül adlı bir qadının yanına getdiyini öyrəndim. Lamiyədən hansı səbəbə Könülün yanına getdiyini soruşdum. O, Könülün yanına getmədiyini bildirdi".

"Arvadımın narkotik qəbul etdiyini dedi"

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, daha sonra yaşadıqları binanın 8-ci mərtəbəsində yaşayan Elmira adlı qadın ona Lamiyəni Könülün evindən özü çıxararaq evə gətirdiyini deyib:

"Evdə olmadığım zaman Lamiyənin artıq hər gün marketə və digər ünvanlara getmək adı ilə ayrı-ayrı yerlərə yollandığına, başqa şəxslə görüşdüyünə şübhələrim yarandı.

Könül xanımla görüşüb, arvadımın onun yanında olduğunu, kimlərləsə görüşüb-görüşmədiyi barədə maraqlandım. Könul Lamiyənin narkotik vasitə qəbul etdiyini və Telman adlı şəxslə görüşdüyünü bildirdi. Lamiyədən Telmanla münasibətinin olub-olmamasını soruşdum. Lamiyə heç kimlə münasibətinin olmadığını bildirdi".

"Onu maşından düşəndə gördüm"

Elşənin sözlərinə görə, ailə münaqişələri zamanı Lamiyyə Daxil İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edib: "Məlumat verdi ki, güya onu döyürəm. Hətta bir neçə dəfə mənim narkotik qəbul etdiyimi bildirdi, tutulmağıma nail olmaq istədi.

Həmin mübahisələrin birində Lamiyənin əsassız şikayəti ilə inzibati qaydada həbs edildim. Sonradan isə Lamiyənin Telman adlı şəxslə görüşməyinə özüm şahid oldum. Telmanın "Chevrolet Niva" markalı avtomobilinin arxa sərnişin oturacağında Lamiyəni gördüm. O, məni görən kimi həyəcanlı şəkildə oradan uzaqlaşmaq istədi.

Lakin Lamiyənin artıq kimin maşınından düşdüyünü gördüyümü və evə gedərək bu barədə onunla söhbət edəcəyimi bildirdim. Oradan taksiyə əyləşdim, yaşadığımız evə gəldim".

"Onu bağışladım"

Təqsirləndirilən şəxs deyib ki, evdə Lamiyənin videoçəkilişlə xəyanəti boynuna almasını istəyib: "Video çəkiliş zamanı Lamiyə mənə 5 dəfə xəyanət etdiyini etiraf etdi. Amma əməlindən peşman olduğunu və övladlarına görə bir daha belə bir halın baş verməyəcəyinə söz verdi. Üç qız övladıma görə onu bağışladım. Lamiyə yenidən öz əməllərinə davam etdi".

"Arvadıma növbəti dəfə inandım"

Təqsirləndirilən şəxs qeyd edib ki, Lamiyə 27 sentyabr 2021-ci ildə uşaqları tək qoyaraq evi tərk edib: "Lamiyənin itkin düşməsi ilə əlaqədar 14-cü polis şöbəsinə məlumat verdim. Lamiyə bölməyə gedərək itkin düşmədiyini, öz xoşu ilə evdən getdiyini bildirdi. Lamiyənin həmin hərəkətindən sonra ondan boşanmaq qərarına gəldim. İddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etdim.

Hadisə baş verməmişdən 10 gün qabaq Lamiyə mənə zəng vurub, barışmaq istədiyini bildirdi. Onunla görüşdüm, kirayədə yaşadığım Pirşağı qəsəbəsi, Bağlar massivi nömrəsiz fərdi evə getdim. Həmin ev Mehriban adlı qadına məxsus olub. Sonradan Lamiyə bildirdi ki, Mehribanı Könül adlı qonşu vasitəsi ilə tanıyıb.

Lamiyəyə növbəti dəfə inandim, onunla yenidən yaşamağa qərar verdim və övladlarımı həmin evə gətirdim".

"Ev sahibinin qardaşı ilə birlikdə narkotik vasitə çəkdiyinin şahidi oldum"

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən 1-2 gün qabaq Lamiyənin yenidən gizli olaraq kiminləsə görüşdüyündən şübhələnib: "Evdə olduğum zaman ev sahibi Mehribanın qardaşı Əlinin Lamiyə ilə birlikdə narkotik çəkdiyinin şahidi oldum. Hadisədən bir gün qabaq Lamiyədən telefonunu istədim. O, telefonunu verməyəndə aramızda mübahisə oldu. Mehriban bizi evdən çölə çıxartdı. Lamiyə uşaqları da götürərək evdən getdi.

Mehriban mənə telefonla bu barədə məlumat verdi. Geri qayıtdım, Lamiyənin həqiqətəndə evdən çıxdığını öyrəndim. Onların getdikləri istiqamətdə getdim. Təxminən 1 kilometr irəlilədikdən sonra, Lamiyənin uşaqlarla birgə məhəllə arasında olduğunu gördüm, onları yenidən Mehribangilə gətirdim".

"Haqqımda danışdıqlarını eşitdim"

Elşənin sözlərinə görə, hadisə baş verən gün saat 9 radələrində Lamiyəni götürüb Pirşağıda dənizi istiqamətinə doğru aparıb: "Orada söhbət etməyə başaldıq. Lamiyə tövbə etdiyini, bir daha belə bir hərəkətə yol verməyəcəyini bildirdi. Bu söhbətdən sonra Mehribangilin evinə qayıtdıq.

Mehribanın yanında kişi tanışı olduğundan evə keçmədim. Yad kişi gedəndən sonra arxa pəncərənin kənarına getdim ki, içəridə Lamiyənin Mehribanla söhbətini eşidim.

Oradan Mehriban və Ləmanın haqqımda nalayiq sözlər danışdıqlarını eşitdim".

"Pəncərədən arvadımın öpüşdüyünü gördüm"

Elşən bildirib ki, bundan sonra Mehriban evdən çıxıb və harasa gedib: "Təxminən bir neçə dəqiqədən sonra Lamiyənin oturduğu otağa Mehribanın qardaşı Əlinin gəldiyini eşitdim. Pəncərənin dəmir barmaqlıqlarına qalxdım, içəri boylananda Əli ilə arvadımın çox səmimi şəkildə quçaqlaşaraq öpüşdüyünü gördüm. Bir neçə dəqiqə özümə gələ bilmədim.

Təxminən 5 dəqiqə sonra evin qapısını döydüm. Lamiyə və Əli qapını açdılar. Məni görəndə birdən həyəcanlı şəkildə yerlərində donaraq qaldılar. Lamiyəni marketə getmək adı ilə çölə çıxartmaq istədim. O, mübahisə eləməyə başladı, Əli isə qapıdan çölə çıxdı.

Lamiyəyə çölə çıxaraq söhbət edəcəyimi bildirdim. Bu zaman böyük qızım otaqdan dəhlizə çıxdı. Uşaqların yanında mübahisə etməməyi, uşağı sakitləşdirib, öz otağına keçirməyini istədim. Yataq otağına daxil olanda orada ütü stolunun üzərində "pati" adlanan narkotik vasitə gördüm. Pəncərənin qırağında qara üzlüyün içərisində bıçaq vardı. Onu gödəkçəmin cibinə qoydum.

Lamiyə uşağın olduğu otaqdan qayıdanda onunla çölə çıxdıq, marketə doğru getməyə başladıq. Yolun ortasında o, yenidən mübahisə etməyə və yüksək səslə dava etməyə başladı. Məni insanların arasında pis vəziyyətə saldı. Bu hərəkətindən sonra ona hər şeyi bildiyimi və eşitdiyimi dedim. Evə qayıdaraq söhbət edəcəyimi bildirdim. Lakin Lamiyə evə qayıtmayacağını bildirdi".

"Arvadımı öldürdüm, polisə təsilm oldum"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Lamiyənin əynində olan gödəkçədən tutaraq evə doğru dartıb: "Lamiyə darvazadan içəri daxil olanda götürdüyüm bıçağı nümayiş etdirdim, onun başından vurdum. Lamiyə məni təhqir etməyə başladı. Əlimdən tutaraq bıçaqla öz boğaz nahiyəsinə çəkdi. Həmin an əlim boşluğa getdiyi üçün Lamiyə özü-özünə bıçaq xəsarəti yetirdi.

Buna baxmayaraq Lamiyə özündə idi. Məni təhqirə davam elədi. Bundan bərk əsəbləşdim. Bıçaqla bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrinə vurdum. Bu an Əli çölə çıxdı, mənə yaxınlaşmaq istəyəndə ona uzaqlaşmağı bildirdim. O, evə qayıtdı.

Lamiyəyə bıçaq xəsarətləri yetirdikdən sonra evin qapısına yaxınlaşdım. Əlidən qapını açmağı tələb etdim, uşaqlarımı götürəcəyimi dedim. Lakin Əli qapını açmadı. Mənə bıçağı tullamağı bildirdi.

Bıçağı hasar qonşusunun həyətinə tərəf tulladım. Yenidən qapıya yaxınlaşmaq istəyərkən Lamiyəni həyətdə görmədim. Küçədə də yox idi. Yenidən evin qapısına yaxınlaşdım ki, uşaqlarımı götürüm. Lakin qapını açmadılar.

Çölə çıxanda bir nəfər qadının yerdə uzanan kiməsə yaxınlaşdığını gördüm. Onlara tərəf gedəndə Lamiyə qonşunun qapısı ağzında yerdə uzanıqlı vəziyyətdə can verirdi. Qadına polis və təcili tibbi yardım çağırmağın lazım olduğunu dedim. Taksi sifariş edərək atamgilin yaşadığı evə getdim. Evdə atama Lamiyəni bıçaqla vurduğumu bildirdim. Atam və anam ilə halallaşdım, 102-yə zəng etdim".

Elşən 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkməsi müəyyən edilib.


Etiketlər:  Beş dəfə xəyanət etmiş arvadını bağışladı Pəncərədən içəri baxanda Bakıda şok


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ