Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 14:22
Bir müddət əvvəl sosial şəbəkələrdə Ceyranbatan su anbarında ilanların olması ilə bağlı iddialar yayılmışdı. Əməkdaşlarımız bu gün sözügedən ərazidə olublar, sakinlərlə söhbət ediblər. İnsanları belə bir sual da düşündürür ? İlanlar içməli su mənbəyini zəhərləyə bilərmi? Vəya su xətləri ilə ilanların mənzillərə daxil olma ehtimalı varmı ? Məsələyə "Azərsu" ASC və digər rəsmi qurumlar da münasibət bildirib.
Sosial şəbəkələrdə Ceyranbatan su anbarının ətrafında ilanların peyda olması ilə bağlı məlumatlar yayılıb..
Məsələni araşdırmaq üçün bizdə üz tutduq sözü gedən su anbarının yerləşdiyi qəsəbəyə.
Yerli sakinlər deyir ki, havaların istiləşməsindən sonra ilanların sayı xeyli çoxalıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya söbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə ilanlar iki növə bölünür- suda və quruda yasayanlar. Amma həm suda, həm də quruda yasayan ilanlar suya heç bir toksiki maddə ifraz eləmir. Ona görə də su hövzələrində və onun kənarlarinda ilanlarin yasamasi heç bir təhlükə yaratmir.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, narahatçılığa heç bir əsas yoxdur.
Su anbarının mühafizəsini həyata Akeçirən Fövqəladə Hallar Nazirliyidən bildirildi ki, Ceyranbatan su anbarı böyük meşə massivi ilə əhatə olunub. Odur ki,orada ilanların olması normal haldır. Hər ay su anbarından nümunələr götürülərək,labarator analizlər aparılır. Bu vaxta qədər suyun tərkibində hər hansı neqativ element aşkar edilməyib. Həmçinin meşə massivində aparılan müşahidələr orada hər hansı narahatlıq yarada biləcək sayda ilanların olmadığını göstərir.
Abşeron rayon Baytarlıq İdarəsi isə faktı təsdiqləyib. İdarədən verilən məlumata görə mövcud məsələ ilə bağlı xüsusi briqada ayrılıb və mübarizə tədbirləri gücləndirilib.