Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Onunla aramda kərpic-kərpic hasar tikirəm"

Tarix: 25 Iyun 2022 18:45

"Məsləhət verməyi sevən insanlar çoxdur ətrafda. Amma bir də görürsən, sənin nailiyyətlərinin 1/3-ni də əldə etməyən bir "mütəxəssis" gəlir, virtual eynəyini taxır, elə bilir Vatikanda bazar günü messasında çıxış edir və başlayır məsləhət yağdırmağa".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva sosial şəbəkədə yazıb. Leyla ona məsləhət verən insanaların bəzisini tənqid edib:

"Elə bu zaman, "diqqətlə" qulaq asa-asa özümlə o "mütəxəssis" arasında kərpic-kərpic hasar tikirəm, ya da o adamı "snapchat" filtrlərində təsəvvür etməyə başlayıram. Çox əyləncəlidir, sınayın".

L.Quliyeva digər paylaşımında isə "Daxili hüzurunuzu pozan nə varsa, atın getsin. Ola bilər ki, kiminləsə sözünüz çəp gəlsin, baxışlarınız üst-üstə düşməsin. Bu o demək deyil ki, o adam pisdir. Sadəcə sizin adam deyil. Mənəviyyat, xasiyyət konflikt var arada. Uzaqlaşın, yolunuzu dəyişin. Unutmayın, lazımsız mübahisələr sizin karmanızı zədələyir. Karmanızdan muğayət olun" sözlərini əlavə edib. 

Milli.Az


Etiketlər:  Onunla aramda kərpic kərpic hasar tikirəm


RƏYLƏR