Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 23:52
Gürcüstanla Rusiya arasında avtomobillərin hərəkəti bərpa olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
Bildirilib ki, aparılan intensiv işlər nəticəsində Msxeta-Stepantsminda-Lars magistral yolununun 136 kilometrində avtomobillərin hərəkəti bərpa edilib. Qurumun məlumatında qeyd edilib ki, hazırkı mərhələdə nəqliyyat vasitələri müvəqqəti yoldan istifadə edə bilər. Paralel olaraq yolda əsaslı təmir işləri aparılacaq.