Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 18:46
Ukrayna hakimiyyəti istəsə, bir neçə saat ərzində hərbi əməliyyatları dayandıra bilər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin döyüşləri qışa qədər bitirmək planları barədə açıqlamasına münasibət bildirərkən deyib.
"Ukrayna tərəfi bu günün sonuna qədər hər şeyi dayandıra bilər. Bunun üçün millətçi birləşmələrin və Ukrayna hərbçilərinin silahı yerə qoyması əmri, eləcə də Rusiyanın şərtlərini yerinə yetirmək lazımdır. Hər şey günün sonuna qədər bitə bilər. Qalanı artıq Ukrayna dövlətinin başçısının fikirləridir", - deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.
O əlavə edib ki, Rusiya tərəfi Vladimir Putinin "xüsusi hərbi əməliyyat plan üzrə gedir və məqsədlərinə çatır" bəyanatlarını rəhbər tutur. Peskov dəqiqləşdirib ki, onun başa çatması üçün təxmini tarixlər yoxdur.