Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edir - FOTO

Prezident Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edir - FOTO

Tarix: 29 Iyun 2022 16:21

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü keçirildi.

Hazırda Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş davam edir.

Xəbər yenilənəcək


Etiketlər:  Prezident Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısında iştirak edir FOTO


RƏYLƏR