Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paulo Koelyo Hemiltondan üzr istədi

Paulo Koelyo Hemiltondan üzr istədi

Tarix: 29 Iyun 2022 20:54

Məşhur yazıçı Paulo Koelyo Nelson Pikenin sözlərinə görə bütün braziliyalılar adından Lüis Hemiltondan üzr istəyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, üçqat Formula 1 çempionu Pike 2021-ci il Britaniya Qran Prisində Hamiltonun "Red Bull" pilotu Maks Ferstappenlə toqquşmasını müzakirə edərkən "Mercedes" sürücüsünü "zənci" adlandırıb.

"Hörmətli Lüis Hemilton.

Pike hazırda tariximizin ən pis prezidentinin sürücüsüdür. Onun irqçi ifadəsi yenidən diqqət mərkəzində olmaq arzusunu göstərir.

Sizə hörmət edən və sevən Braziliya xalqı adından üzr istəyirəm", - Koelyo "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Pike Braziliya prezidenti, sağçı mühafizəkar Jair Bolsonaronu "Rolls-Royce" avtomobilində gəzdirib. O, həm də Ferstappenin sevgilisinin atasıdır.

Hemilton isə yeddi qat Formula-1 çempionu olmaqla yanaşı, həm də Braziliyanın fəxri vətəndaşıdır.


Etiketlər:  Paulo Koelyo Hemiltondan üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ