Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2022 23:04
"Rusiya Türkiyəni Suriyanın şimalında gərginliyi artıracaq addımlardan çəkinməyə çağırır".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Mətbuat konfransında Türkiyənin Suriyanın şimalındakı PKK/YPG terror təşkilatına qarşı mümkün hərbi əməliyyatı ilə bağlı suala cavab verən Zaxarova bildirib:
"Türk tərəfdaşlarımızı gərginliyi təhlükəli şəkildə artıra biləcək addımlardan çəkinməyə çağırırıq. Hesab edirik ki, Suriyanın legitim hökumətinin razılığı olmadan həyata keçirilən silahlı fəaliyyət Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozur".