Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 7000 nəfərdən artıq şəxsə ''Müharibə veteranı'' adı veriləcək

Daha 7000 nəfərdən artıq şəxsə ''Müharibə veteranı'' adı veriləcək

Tarix: 30 Iyun 2022 15:33

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün "Zəfər" altsisteminə daxil ediləcəkdir.

Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib.


Etiketlər:  Daha 7000 nəfərdən artıq şəxsə Müharibə veteranı adı veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ