Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kürdəmirdə 13 km uzunluğa malik avtomobil yolu yenidən qurulur - VİDEO - FOTO

Kürdəmirdə 13 km uzunluğa malik avtomobil yolu yenidən qurulur - VİDEO - FOTO

Tarix: 30 Iyun 2022 20:24

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda başlanğıcını Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 26-cı km-dən götürən və 13 km uzunluğu malik Qarasaqqallı-Cəyli avtomobil yolunun yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir.

Agentlikdən Sonxeber.net-a bildirilib ki, Kürdəmir rayonunun 4 minə yaxın əhalinin yaşadığı 2 yaşayış məntəqəsini əhatə edən Qarasaqqallı-Cəyli avtomobil yolu qara və çınqıl örtük əsaslı olduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Yüksək keyfiyyətlə icra olunan yenidənqurma işləri ilə artıq qeyd olunan problem aradan qaldırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan bərpa işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

13 km uzunluğa malik avtomobil yolunun deformasiyaya uğramış örtüyünün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağı inşa edilib, qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının tikintisi işləri həyata keçirilib.

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində artıq yolun asfaltlanması işlərinə start verilib. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi aparılıb.

Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü borular yeniləri ilə əvəz edilib və müxtəlif diametrli 16 suötürücü boru quraşdırılıb.

Son mərhələdə yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri aparılacaq, həmçinin avtobus dayanacaqları inşa ediləcək.

Təbii ki, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.


Etiketlər:  Kürdəmirdə uzunluğa malik avtomobil yolu yenidən qurulur VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ