Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 18:15
Bəzi qadınların qaşı istəmədən tökülür və nazik görüntü onları narahat edir. Bu bədəndə hər hansı vitamin çatışmamazlığından və ya düzgün olmayan baxımdan irəli gələ bilər.
Sonxeber.net Axşam.az-a istinadən ev şəraitində bu problemdən qurtulmağınıza yardımçı olacaq vasitələri təqdim edir.
Zeytun tətbiqi:
Zeytun yağında qaşların tökülməsinin qarşısını alan iki qida maddəsi var: Birincisi, olein turşusudur ki, tük follikullarında nəm saxlamağa kömək edir. İkincisi isə qan dövranını yaxşılaşdıraraq tüklərin böyüməsini təşviq edən E vitamini ilə zəngindir.
Yarım çay qaşığı zeytun yağını bir neçə saniyə qızdırın. Bir az soyudub bu yağla qaşlarınızı bir neçə dəqiqə masaj edin. 30 dəqiqədən sonra yuyun.
Aloe vera tətbiqi:
Aloe vera geli güclü nəmləndirici xüsusiyyətlərə malikdir, bu da tük follikullarınızı stimullaşdırır və qaş tüklərinin yenidən böyüməsini təşviq edir.
Aloe veranın gelini qaşlarınıza çəkib bir neçə dəqiqə masaj edin. 30 dəqiqədən sonra isti su ilə yuyun.
Süd tətbiqi:
Süd tüklərin böyüməsi üçün lazım olan zülallarla zəngindir. Qaşları qabaqcadan qaş fırçası ilə darayıb qan axını sürətləndirib südlə masaj edin. 20 dəqiqə gözlədikdən sonra yuyun. Bunu gündə iki dəfə edə bilərsiniz.