Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiya ehtiyat üçün 360 milyon dollarlıq qaz alıb

Çexiya ehtiyat üçün 360 milyon dollarlıq qaz alıb

Tarix: 2 Iyul 2022 22:46

Çexiya dövlət ehtiyatı üçün 360,2 milyon dollara təbii qaz alıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, dövlət ehtiyatı üçün qaz yeraltı anbarlara daxil olub. Satınalma Ukraynadakı vəziyyət və qazın Rusiyadan tədarükünün məhdudlaşdırılması təhlükəsi ilə əlaqədar həyata keçirilib.

Çexiyanın yeraltı anbarlarının qazla doldurulması prosesi davam edir. Hazırda onlar ümumi həcmin təxminən üçdə ikisi ilə doldurulur. Hökumət əməliyyat şirkətləri qarşısında istilik mövsümünə qədər ümumi həcmin azı 80%-ni doldurmaq vəzifəsi qoyub.

Dövlət Material Ehtiyatları Departamenti yaxın vaxtlarda 50 milyon dollara 75 min ton neft alacaq.


Etiketlər:  Çexiya ehtiyat üçün milyon dollarlıq alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ