Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaribaşviliyə günün sonuna kimi vaxt verildi: "Get!"

Qaribaşviliyə günün sonuna kimi vaxt verildi:

Tarix: 3 Iyul 2022 19:21

Gürcüstanda vətəndaş cəmiyyəti üzvləribaş nazir İrakli Qaribaşvilinin istefasını və milli konsensus hökumətinin yaradılmasını tələb edib. Onlar istefa üçün hökumətə bu günün sonuna qədər vaxt veriblər.

Bu məqsədlə "Utanc" hərəkatı Tbilisidəki baş tutacaq genişmiqyaslı aksiyadan sonra Rustaveli prospektində bir gecəlik qalmağa və çadırlar qurmağa hazırlaşır.

Hərəkatın yaydığı bəyanatda deyilir: "Son günlər hakimiyyətin atdığı addımlar təsdiq edir ki, oliqarx sistemi ictimai tələbləri yerinə yetirmək fikrində deyil. Ona görə də  yenidən Rustaveli prospektində toplanacağıq!

Hökuməti güzəştə getməyə məcbur etmək üçün etirazımız daha da şiddətlənəcək, lakin mütləq dinc və qeyri-zorakı formada davam edəcək.

Ona görə də biz iyulun 3-də Rustaveli prospektində bir gecə qalmağa hazırlaşırıq ki, bunun da konkret məqsədi olacaq.

Parlament qarşsında keçirilən gecə hər bir vətəndaş üçün maraqlı və rəngarəng olacaq, bunun üçün müxtəlif tədbirlər nəzərdə tutulub", - deyə "Utanc" Hərəkatının yaydığı məlumatda deyilir.

Milli.Az


Etiketlər:  Qaribaşviliyə günün sonuna kimi vaxt verildi Get


RƏYLƏR