Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızı aldadıb zorladılar - Cinayətkarlar tutuldu

Qızı aldadıb zorladılar - Cinayətkarlar tutuldu

Tarix: 4 Iyul 2022 20:10

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanova bildirib ki, paytaxtda qız ev şənliyindən sonra xəstəxanaya yerləşdirilib, 17 və 37 yaşlı iki şübhəli şəxs saxlanılıb.

"Faktla bağlı cinayət işi açılıb. İki şübhəli şəxs saxlanılıb. Yaxın gələcəkdə həbs üçün ərizə verəcəyik", - İvanova deyib. Saxlanılan şəxslər təqsirlərini tam etiraf ediblər. Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi ("Zorlama") ilə ittiham irəli sürülüb.

Sonxeber.net bildirir ki, REN TV-nin məlumatına görə, hadisə "Moskvanın 60 illiyi" prospektində yerləşən mənzildə baş verib. Moskvalı qız bir oğlanla cinsi əlaqədə olub və sonra onlara başqa bir gənc də qoşulub. Zərərçəkmiş bununla razılaşmasa da, müqavimət göstərə bilməyib.

İrfan Vəliyev


Etiketlər:  Qızı aldadıb zorladılar Cinayətkarlar tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ