Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın 36 350 hərbçisini məhv etmişik'' - Ukrayna

''Rusiyanın 36 350 hərbçisini məhv etmişik'' - Ukrayna

Tarix: 5 Iyul 2022 16:46

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 36 350 hərbçisi məhv edilib".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1594 tank, 3772 zirehli maşın, 806 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 660 operativ-taktiki PUA, 144 qanadlı raket, 15 gəmi/qayıq, 2634 avtomobil və avtoçən, 65 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu Baxmut istiqamətində itkilər verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.


Etiketlər:  Rusiyanın hərbçisini məhv etmişik Ukrayna


RƏYLƏR