Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qlobal iqtisadiyyatda resessiyanı istisna etmək olmaz

Qlobal iqtisadiyyatda resessiyanı istisna etmək olmaz

Tarix: 7 Iyul 2022 08:30

"Qlobal iqtisadiyyatda vəziyyət son dərəcə qeyri-sabitdir və resessiyanı istisna etmək olmaz".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva "Reuters" agentliyinə müsahibəsində

"2022-ci il çətin olacaq, lakin 2023-cü il daha da çətin olacaq. 2023-cü il üçün tənəzzül riskləri artıb. İqtisadi yavaşlama qaçılmaz ola bilər"-deyə, o bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda vəziyyət BVF-nin müvafiq hesabatının dərc edildiyi aprel ayı ilə müqayisədə xeyli pisləşib.

Fond rəhbəri bunun qlobal inflyasiya, yüksək faiz dərəcələri, Çində iqtisadi ləngimə, Ukraynadakı vəziyyətlə bağlı sanksiyaların tətbiq edilməsi olduğunu izah edib.

Milli.Az


Etiketlər:  Qlobal iqtisadiyyatda resessiyanı istisna etmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ