Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 10:00
"Xaç atası" filmində oynadığı rollarla tamaşaçıların yaddaşında qalan məşhur aktyor Ceyms Kaan 82 yaşında vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, onun ölümünü aktyorun rəsmi "Twitter" hesabında yaxınları tərəfindən açıqlanıb. Sənətçinin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Kaanın ən məşhur rolu "Xaç atası" filmindəki Sonni Korleone obrazıdır. O, "Oskar", "Emmi" və bir neçə dəfə "Qızıl Qlobus" mükafatlarına namizəd olub və 1978-ci ildə Şöhrət Xiyabanında öz ulduzunu alıb.