Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək

İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək

Tarix: 21 Sentyabr 2019 22:12

Bakı. Elnur Bağışov - Trend:

İran, Çin və Rusiya yaxın gələcəkdə Oman dənizində və Hind okeanının şimalında birgə hərbi dəniz təlimləri keçirəcək.

Trend-in məlumatına görə, bunu İranın Silahlı Qüvvələrinin Baş Qərargahının beynəlxalq və müdafiə diplomatiyası məsələləri üzrə rəisi Qədir Nizami deyib.

Q.Nizaminin sözlərinə görə, bu hərbi təlimlər İranda İslam İnqilabından sonra ilk dəfə baş tutacaq.

Qərargah rəisi əlavə edib ki, hərbi təlimlərin müxtəlif məqsədləri olur:

"Çox vaxtlar hərbi təlimlərin məqsədi taktiki və hərbi təcrübələrin mübadiləsi olur. Bəzən hərbi təlimlər siyasi məqsədləri daşıyır və iştirakçılar arasında inteqrasiyanı əks etdirir".


Etiketlər:  İran Çin Rusiya birgə hərbi təlimlər keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ