Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın Ukraynadakı müharibə əməliyyatını...''

''Rusiyanın Ukraynadakı müharibə əməliyyatını...''

Tarix: 8 Iyul 2022 21:58

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) iddia edir ki, Rusiya Beynəlxalq Kosmik Stansiyadan (BKS) siyasi məqsədlər üçün, xüsusən də Ukraynada müharibə əməliyyatını dəstəkləmək üçün istifadə edir.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ABŞ Kosmik Departamentinin müvafiq bəyanatı bir sıra Amerika KİV-ləri, o cümlədən "The Washington Post" və ixtisaslaşmış internet portalı "Ars Technica" tərəfindən dərc edilib.

"NASA Rusiyanın Beynəlxalq Kosmik Stansiyadan siyasi məqsədlər üçün, Rusiyanın Ukraynadakı müharibə əməliyyatını dəstəkləmək üçün istifadəsini qətiyyətlə pisləyir", - deyə rəsmilər bildiriblər. ABŞ Kosmik Agentliyi hesab edir ki, bu, "15 ölkənin iştirakı ilə elmin təbliği və texnologiyaların dinc məqsədlər üçün inkişafını nəzərdə tutan stansiyanın əsas məqsədilə əsaslı şəkildə ziddiyyət təşkil edir".

Bu bəyanatın nə üçün yayıldığı açıqlanmasa da, adıçəkilən media qurumları bunu iyul ayında rus kosmonavtlarının qondarma Donetsk və Luqansk bayraqlarını BKS-də açması və bununla da "LXR"in "azad edilməsini" qeyd etməsi ilə əlaqələndirir.


Etiketlər:  Rusiyanın Ukraynadakı müharibə əməliyyatını


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ